Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Zərərli informasiyadan özümüzü qoruyaq

15.07.2025

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində uşaqların asudə vaxtının səmərəli keçirilməsindən ötrü "Yay məktəbi" proqramı tərtib edilib.Bu proqrama əsasən "Zərərli informasiyadan özümüzü qoruyaq" mövzusunda "Psixoloq saatı" keçirilib.

Psixoloq saatında Astara RMX-nın psixoloqu Fərrux Əliyev və Uşaq şöbəsinin oxucuları iştirak edib.

Psixoloq Fərrux Əliyev bildirib ki,hər bir uşağın yaşına uyğun informasiya əldə etmək hüququ vardır.Bu hüquqları onların əlindən almadan zərərli informasiyadan qorumaq lazımdır.Psixoloqlar uşaqların nəzarətsiz olaraq kompüter və smartfonlardan,internet informasiya resurslarından istifadəsinin onların yaş xüsusiyyətlərinə,psixologiyasına uyğun olmayan informasiyalarla yüklənməsi ilə nəticələnə biləcəyini və bunun da onları gələcəkdə bir çox təhlükələrə qarşı qarşıya qoyacağını bildirirlər.Təbii ki,valideyinlərin övladlarını bu təhlükələrdən qorumalıdır, onların başlıca valideynlik borcu olmalıdır.

Yekunda psixoloq oxucularla psixoloji oyunlar keçirib və onları maraqlandıran suallara cavab verib.