
05.11.2025
Noyabrın 5-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Masallı rayonu üzrə mədəniyyət müəssisələri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon Komitəsi,Masallı Dövlət Regional Kolleci,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsinin 5-ci ildönümü,8 Noyabr-Zəfər Günü münasibətilə“Zəfərin mübarək,Azərbaycan” adlı konsert proqramı keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direkoru Dilbər İbayeva tədbir iştirakçılarını salamlayıb.Torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib.
Sonra “Şəhidə məktub”sənədli filmi nümayiş olunub.
Daha sonra 44 günlük Vətən müharibəsində böyük hünər və rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş vətən oğlu Şəmistan Şükürlünün atası Şükran ata,Niyaməddin Sultanzadənin anası Mehriban ana,Elmir Akifzadənin atası Gündüz ata , Əlisa Əliyevin anası Leyla ana qəhrəman oğullarının döyüşlərdə göstərdiyi
şücaətdən,qəhrəmanlıqlarından və keçdikləri şərəfli döyüş yolundan söhbət açıblar.
I və II Qarabağ müharibəsi qazisi,Masallı rayon üzrə Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri Cəmaləddin Məmmədov çıxışında torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımızın daim Azərbaycan xalqının qəlbində yaşayacağını,onların göstərdikləri qəhrəmanlığın tarixdə əbədi qalacağını və bayrağımızın hər zaman zirvələrdə dalğalanacağını bildirib.
Tədbirin sonunda Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin müəllim və şagird kollektivlərinin,Masallı Dövlət Regional Kolleci tələbələrinin,Dəfinə liseyinin şagirdi Qazi övladı Nuray Muradlının, Şəhid Sübhan Həsənovun bacısı oğlu Tunar Dadaşovun,B.Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbi şagirdlərinin, "Viləş" uşaq bağçasının balaca fidanlarının ifasında vətənpərvərlik ruhunda rəqslər,şeirlər və mahnılar səsləndirilib.
Yekunda MİHİ Masallı rayon Komitəsinin dəstəyi ilə tədbirdə iştirak edən şəhid ailələri,qazilər və müharibə iştirakçıları üçün çay süfrəsi təşkil olunub.