Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Masallıda insan alveri ilə mübarizədə gənclərin rolu və məsuliyyətli mövzusunda seminar keçirilib

29.07.2025

İyulun 29-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Rayon Mərkəziləşdirilmiş Kitabxana Sistemi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı rayon bölməsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı “ na əsasən “İnsan alveri ilə mübarizədə gənclərin rolu və məsuliyyətli” mövzusunda seminar keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilən seminarda təşkilatçı müəssisələrin əməkdaşları, mədəniyyət işçiləri və gənclər iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və vətənin azadlığı, suverenliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva İnsan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsi haqqında danışıb.

Sonra Mərkəzi Kitabxana Sisteminin əməkdaşı Günay Xəlilova mövzu ilə bağlı geniş məruzə edib.

Yekunda GİKM-nin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin rəhbəri Orxan Əliyev insan alveri ilə mübarizəyə aid video rolik təqdim edərək bununla bağlı hüquqi tənzimləmə qaydaları haqqında danışıb, gənclərə maarifləndirici tövsiyələr verib.