Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Lənkəranda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü dərin hüznlə qeyd olunub

31.03.2026

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və aparatı, həmçinin Lənkəran rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzüb, günahsız olaraq qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsini dərin hüzn və ehtiramla yad ediblər.