Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Lerikdə “Xalq sənətkarlıq zonası” layihəsi çərçivəsində ustad dərsləri keçirilib

18.07.2026

Lerik rayon Mədəniyyət Mərkəzi və Lerik rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə H.Həmidov adına Cəngəmiran kənd Mədəniyyət evində “Xalq sənətkarlıq zonası” layihəsi çərçivəsində ustad dərsləri keçirilib. İyulun 17-də təşkil olunan tədbirdə mədəniyyət evinin əməkdaşları Ülkər Qafarova və Şərqiyyə Qafarova iştirakçılara xalçaçılıq, yun əyirmə, toxuculuq və bədii tikmə sənətinin incəliklərini nümayiş etdiriblər. İştirakçılar əl işlərinin hazırlanma mərhələləri, istifadə olunan alətlər və ənənəvi üsullarla yaxından tanış olub, bu irsin qorunmasının əhəmiyyəti barədə məlumat əldə ediblər. Bu istiqamətdə həyata keçirilən layihə xalq sənətkarlığı ənənələrinin qorunması, təbliği və gənc nəslə aşılanması məqsədi daşıyır.