Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Vətən fədailəri

21.01.2025

Yanvarın 21-də Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Yalçın Canhəsən oğlu Nəsirovun doğum gününə həsr olunmuş “Vətən fədailəri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun yaxın qohumları, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri içtimai birliyinin Astara rayonu üzrə filialının əməkdaşları, Astara şəhər M.Ə.Sabir adına 1 saylı, Y.Nəsirov adına Sərək kənd, F.Qasımov adına Ərçivan qəsəbə 1saylı, S.Kələntərov adına Ərçivan qəsəbə 2 saylı tam orta məktəblərinin muəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. rayonumuzdakı Sərək kənd orta məktəbi onun adını daşıyır. Oxuduğu sinifdə Milli Qəhrəmanımızın qısa, lakin mənalı ömür yoluna həsr olunmuş güşə yaradılıb. Şagirdlər xalqımızın qəhrəman oğlunun nümunəvi ömür yolu ilə yaxından tanış olurlar.

Sonra “Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirov ” mövzusunda film nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Sonda tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun Qəhrəmanlar parkında büstünü ziyarət ediblər.