25.07.2025
İyulun 25-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Lənkəran -Astara Regional Gənclər və İdman İdarəsinin, Cəlilabad rayon İcra Hakimiyyətinin, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin, DQİDK Masallı bölməsinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlilk ili" çərçivəsində "Unudulan mirvarilər:Erməni vandalizmi və Qərbi Azərbaycan abidələri" mövzusunda sənədli film nümayiş olunub.
Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad üzrə nümayəndəsi Fuad Əzizov, Cəlilabad rayon gənclər və idman sektorunun əməkdaşı, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru, MİHT Cəlilabad RK sədri, QAC Cəlilabad bölməsinin sədr müavini, DQİDK Masallı bölməsinin əməkdaşı və bir qrup gənc iştirak edib.
Qeyd edək ki, tədbirin məqsədi Ermənistan tərəfindən Azərbaycan abidələrinə qarşı həyata keçirilən dağıdıcı və təhrikedici vandalizmi aktlarının ictimailəşdirilməsi, gənclərdə milli mənəvi dəyərlərə bağlılığın artırılması, itirilmiş mədəni irsin əhəmiyyətinin dərk edilməsidir.