
03.11.2025
Noyabrın 3-də Astara rayon Heydər Əliyev Mərkəzində 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş tarix dərsi keçirilib.
Tarix dərsində Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak edib.
Dərsdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tarix dərsində Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki,suverenliyimizin rəmzi, qürur və güvənc yerimiz üçrəngli bayrağımız bu gün qürurla illərdən bəri düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.
Sonra Mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Daha sonra “9 noyabr Dövlət Bayrağı Günü” mövzusunda film nümayiş olunub.
Yekunda şagirdlər rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.