Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Müasir Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib

22.07.2025

Astara rayon Mərkəzi Kitabxanasında kitabxananən və Astara Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə milli mətbuat gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları və kitabxananın oxucuları iştirak ediblər.

Tədbiri giriş sözü ilə MKS-nin direktoru-əvəzi Emil Baxşıyev açaraq bildirib ki,bu gün ölkəmizdə və dünyada baş verən bütün prosesləri və hadisələri bizə xəbər verən,insanların məlumatlanmasında və maariflənməsində böyük rol oynayan milli mətbuatımızın yaranmasından 150 il ötür.Azərbaycan xalqının ictimai,siyasi və mənəvi həyatında mühüm rol oynayan bu tarix, 22 İyul Müasir Azərbaycan Mətbuatı böyük inkişaf yolu keçib.Zəfər ölkəsinin müstəqil carçısı, 150 illiyin mübarək.

Sonra kitabxananın Metodik-biblioqrafiya şöbəsinin əməkdaşı Ruqiyyə İbadova mövzu bağlı geniş məruzə edib.

Daha sonra Tarix Diyarşünaslıq Muzeyinin direktor əvəzi Şahin Əliyevin və kitabxananın əməkdaşı Xanım Məmmədovanın çıxışları dinlənilib.

Yekunda mövzu ilə bağlı qurulmuş sərgiyə baxış keçirilib.