Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ailə milli–mənəvi dəyərlərin daşıyıcısıdır

23.07.2025

İyulun 23-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Ailə milli–mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran–Astara Regional Nümayəndəliyinin Masallı bölməsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı Regional bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək ailə institutunun cəmiyyətin mənəvi dayağı olduğunu, gənc nəslin tərbiyəsində ailənin xüsusi rol oynadığını vurğulayıb.

Sonra DQİDK-nin Masallı Regional bölməsinin baş məsləhətçisi Cavidan Rəşidov ailənin dini-mənəvi dəyərlərin daşıyıcısı kimi cəmiyyətdəki əhəmiyyətindən danışıb.

Nümunəvi ailə başçısı kimi tanınan Südabə Məmmədova bildirib ki, ailə yalnız qan bağlılığı deyil, sevgi, hörmət və anlayışla möhkəmlənir.

Daha sonra çıxış edən GİKM-nin Lənkəran–Astara Regional Nümayəndəliyinin Masallı bölməsinin rəhbəri Orxan Əliyev, kitabxananın əməkdaşları Günay Xəlilova və Rasif Dadaşov mövzu ilə bağlı fikirlərini bildiriblər.