Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

20 İyul-Beynəlxalq Şahmat Günü

21.07.2025

İyulun 21-də "Uşaqlara dair strategiyaların həyata keçirilməsi üzrə 2020-2025 ci illər üçün Fəaliyyət Planı"nın icrası istiqamətində "Uşaqların asudə vaxtının səmərəli təşkili" məqsədilə Astara rayon Heydər Əliyev Mərkəzində şahmat oyunları keçirilib.

Mərkəzin kiçik elmi işçisi Aygün Məmmədova əlamətdar gün haqqında məlumat verərək bildirib ki, bu günün Beynəlxalq Şahmat Günü kimi qeyd olunması ideyası YUNESKO tərəfindən irəli sürülüb və 1966-cı ildən FİDE tərəfindən təsis edildikdən sonra belə qeyd edilir.

Yekunda Aygün Məmmədova uşaqlar arasında şahmat yarışları keçirib və oyunun sirlərini onlara öyrədib.