
31.10.2025
Oktyabrın 31-da Astara rayon Heydər Əliyev Mərkəzində 8 noyabr Zəfər gününün 5-ci ildönümü ilə əlaqədar “Zəfər tariximiz” mövzusunda tarix dərsi keçirilib.
Tarix dərsində Astara şəhər R.Camalov adına 7 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Tarix dərsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tarix dərsində Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, 8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür. Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur.
Sonra Mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Daha sonra “44 günlük Zəfər tarixi” mövzusunda film nümayiş olunub.
Yekunda şagirdlər rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.