14.07.2025
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil arasında təbliği məqsədilə rayon gənclərinin bir qrupunun Lerik Rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı Mərkəzin ekspozisiya zalında nümayiş olunan eksponatlar əsasında Ulu Öndərin keçdiyi şərəfli ömür yolu, müxtəlif dövrlərdə həyata keçirdiyi strateji qərarlar və gənclərə verdiyi dəyər haqqında iştirakçılara ətraflı məlumat verilib.
Ekskursiya çərçivəsində həmçinin Heydər Əliyevin gənclərlə bağlı söylədiyi fikirlər və onun təhsilə, elmə, vətənpərvərliyə dair tövsiyələri xüsusi vurğulanıb.