Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Lerikdə gənclər üçün maarifləndirici ekskursiya təşkil edilib

14.07.2025

Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil arasında təbliği məqsədilə  rayon gənclərinin bir qrupunun  Lerik Rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı Mərkəzin ekspozisiya zalında nümayiş olunan  eksponatlar əsasında Ulu Öndərin keçdiyi şərəfli ömür yolu, müxtəlif dövrlərdə həyata keçirdiyi strateji qərarlar və gənclərə verdiyi dəyər haqqında iştirakçılara ətraflı məlumat verilib.

Ekskursiya çərçivəsində həmçinin Heydər Əliyevin gənclərlə bağlı söylədiyi fikirlər və onun təhsilə, elmə, vətənpərvərliyə dair tövsiyələri xüsusi vurğulanıb.