
15.06.2026
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin və tabeliyində fəaliyyət göstərən rayon mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən şəhərin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Mədəniyyət nümayəndələri abidə önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.