Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Ürəklərdə yaşayan misralar”

20.12.2025

Dekabrın 20-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş “Ürəklərdə yaşayan misralar” adlı tədbir keçirilib. Tələbə və gənclərin iştirak etdiyi tədbirdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin fond müdiri Aygün Əkbərova Fikrət Qoca yaradıcılığının Azərbaycan ədəbiyyatındakı müstəsna rolundan bəhs edib. O, şair haqqında öz ürək sözlərini bölüşərək vurğulayıb ki, Fikrət Qoca poeziyası ilə hər bir oxucunun qəlbinə yol tapan nadir sənətkarlardandır. Tədbirdə tələbə və gənclər şairin yaradıcılığına dair fikirlərini bölüşüblər. Sonda qeyd olunub ki, belə ədəbi-bədii tədbirlər gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.