
02.04.2026
Lənkəran rayon Mərkəzi Kitabxanasında Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfərin ilk sədası” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edənlər Aprel döyüşlərinin Azərbaycan tarixində mühüm yer tutduğunu vurğulayaraq, həmin döyüşlərdə nümayiş etdirilən qəhrəmanlıq nümunələrindən, vətənpərvərlik ruhundan və torpaqlarımızın müdafiəsi uğrunda aparılan mübarizənin əhəmiyyətindən bəhs ediblər. Sonda mövzu ilə əlaqədar təşkil olunmuş kitab sərgisinə baxış keçirilib.