Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə dəyirmi masa keçirilib

27.02.2026

Fevralın 27-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə mülki müdafiənin əhəmiyyəti, fövqəladə hallar zamanı düzgün davranış qaydaları, operativ qərarvermənin rolu və maarifləndirmə işlərinin gücləndirilməsi müzakirə olunub. Mədəniyyət mərkəzinin direktoru Anar Kəkəyev kollektivə fövqəladə hallar zamanı görüləcək tədbirlər barədə məlumat verib və təhlükəsizlik tədbirlərinə hazırlığın vacibliyini vurğulayıb. Dəyirmi masa iştirakçıların fikir mübadiləsi ilə başa çatıb.