Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

18.05.2026

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Masallı Tarix-Diyarşünaslıq Muzeyində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı Rayon Komitəsinin dəstəyi ilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin “Muzeylər bölünmüş dünyanı birləşdirir” devizi altında tədbir keçirilib. Tədbirdə rayonun ziyalıları, mədəniyyət nümayəndələri, media işçiləri, gənclər, tələbələr və məktəblilər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən danışaraq muzeylərin tarixi yaddaşın qorunması, milli-mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını vurğulayıb. Çıxış edən qonaqlar milli-mədəni irsimizin qorunmasının vacibliyindən bəhs edərək muzey əməkdaşlarını peşə bayramı münasibətilə təbrik ediblər. Tədbirin bədii hissəsində Masallı Dövlət Regional Kollecinin tələbələri və E. Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin şagirdləri hazırladıqları maraqlı çıxışlarla iştirakçılara xoş ovqat bəxş ediblər. Sonda muzeyin təşkil etdiyi tədbirlərdə göstərdikləri dəstəyə görə bir sıra qurumların nümayəndələri təşəkkürnamələrlə təltif olunublar.