Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Azərbaycan ədəbiyyatının nəhəng siması

17.07.2025

İyulun 17-də Masallı rayon Mərkəzi Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan ədəbiyyatının nəhəng siması” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbir Mərkəzi Kitabxananın və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilaçlığı ilə baş tutub.Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Günay Xəlilova şairin zəngin yaradıcılıq yolu, ədəbi irsi və ictimai fəaliyyətindən bəhs edib. O, öz çıxışında Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında tutduğu unikal mövqedən, milli ruhun və vətən sevgisinin poeziyasında necə ifadə olunmasından danışıb.

Sonra rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva Bəxtiyar Vahabzadənin yaradıcılığının təkcə ədəbiyyat deyil, eyni zamanda tarix və milli-mənəvi dəyərlərin qorunması baxımından da böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, Bəxtiyar Vahabzadə öz əsərlərində Azərbaycanın tarixini, xalqının keçdiyi şərəfli yolu, milli azadlıq və istiqlal arzularını poeziya dili ilə ifadə edib.

Tədbir çərçivəsində kitabxananın əməkdaşı Gülər Piriyeva və muzeyin kiçik elmi işçisi Dilguşə Məmmədova çıxışlarında Bəxtiyar Vahabzadənin poeziyasının mənəvi dəyərlərlə zənginliyini, xüsusilə də gənc nəslin formalaşmasında onun yaradıcılığının əhəmiyyətini diqqətə çatdırıblar. Bəxtiyar Vahabzadənin əsərlərindəki vətən sevgisinin, dilə, torpağa və millətə bağlılığın gələcək nəsillərə örnək olduğunu bildirilib .

Tədbirdə, eyni zamanda, Masallı rayon Mərkəzi Kitabxanasının fəal oxucusu Lalə Əliyeva da çıxış edib. O, Bəxtiyar Vahabzadənin poeziyasına olan sevgisini ifadə edərək, şairin bir neçə məşhur şeirini rəvan şəkildə səsləndirib.