18.07.2025
İyulun 18-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Konstitisiya və Suverenlik ili” çərçivəsində şagirdlərin iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə məktəblilərə mərkəzin ekspozisiya zalında Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumat verilib.
Tədbirdə Mərkəzin direktoru çıxış edərək qeyd edib ki, Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır.
Sonra Uşaq Səfirlər Məclisinin Cəlilabad üzrə nümayəndəsi Bəhmənov Xanoğlan “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar hazırladığı slaydı təqdim edib.
Sonda “Maqsud İbrahimbəyovun yaradıcılığı” haqqında film nümayiş olunub.