Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bir kərə yüksələn bayraq bir daha enməz

07.11.2023

Masallı rayon Mərkəzi Kitabxananın Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qodman kənd kitabxana filialının təşkilatçılığı ilə İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbində 9 Noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar "Bir kərə yüksələn bayraq bir daha enməz" başlığı altında tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Filial müdiri Sevanə Mənsimova məruzə ilə çıxış edərək bildirib ki, müstəqillik bərpa edildikdən sonra Azərbaycanın dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi.

S.Mənsimova vurğulayıb ki, ölkə başçısı İlham Əliyevin Azərbaycan Bayrağına diqqət və qayğısının təzahürü olaraq bütün şəhər və rayon mərkəzlərində Bayraq Meydanları, həmçinin Dövlət Bayraq Muzeyləri yaradılmışdır.