15.07.2024
Lənkəran Mərkəzi Kitabxanasında Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 55-ci il dönümünə həsr olunmuş "Ulu Öndərin işığında" adlı tədbir keçirilib.
Öncə Ümummilli lider Heydər Əliyevin və Şəhidlərimizin xatirəsin bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Lənkəran Mərkəzi Kitabxanasının direktor v.m.i.e Arzu Rufullayeva açaraq bildirib ki, Ulu öndərin 1969-cu il 14 iyulda Azərbaycanda rəhbərliyə gəlməsi ölkəmizin ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcı idi. Həmin dövrdə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin əhəmiyyətini, Azərbaycanın sonrakı mərhələdə əldə etdiyi uğurları qiymətləndirmək üçün öncə Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinə qədərki vəziyyətə nəzər salmaq lazımdır. Onda Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinin nə qədər böyük və misilsiz olduğunu daha yaxşı dərk edərik: “Biz Heydər Əliyevin siyasətindən danışanda müstəqil Azərbaycanın quruculuğunu aydın şəkildə görürük. Müstəqil Azərbaycanın Konstitusiyası Heydər Əliyevin şah əsəri olaraq Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının müəyyənləşdiricisidir.
Sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsgər Əliyevin atası Ələkbər Əliyev Ümummilli Lider Heydər Əliyevin Lənkəran rayonuna səfərləri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündən diqqət və qayğısından danışıb.
Daha sonra Həzi Aslanovun ev muzeyinin direktoru Həcər Nəsirova çıxışında
Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı böyük xidmətlərini vurğulayaraq qeyd edib ki, əsası Ümummilli liderimiz tərəfindən qoyulan siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevrilib, ölkəmizin nailiyyətləri durmadan artır, bu siyasi kurs sayəsində ölkəmiz yüksək səviyyədə inkişaf edir.
Sonda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş kitab sərgisinə baxış keçirilib vəxatirə şəkli çəkdirilib.