Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

22 iyul-Milli mətbuat və jurnalistika günüdür

17.07.2024

 Astara rayon Mərkəzi Kitabxanasında “Milli mətbuat və jurnalistika günü ” ilə bağlı tədbir keçirilib.

Tədbirdə "Astara" qəzetinin müxbiri yazıçı, jurnalist Gülnar Əsədli, "Azad qələm" qəzetinin bölgə müxbiri Adilağa Qurbanov, Astara yazarlarından Dilarə (Azəri) Məmmədova iştirak ediblər.

Tədbiri giriş sözü ilə Astara rayon Mərkəzi Kitabxanasının direktoru vəzifəsini müvəqqəti icara edən Emil Baxşıyev açaraq bildirmişdir ki, Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. "Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Sonra kitabxananın Xidmət şöbəsinin müdiri Yaqut Nəzərova məruzə ilə çıxış edərək Milli mətbuatımızın keçdiyi tarixi və şərəfli yolu barədə məlumat verib.

Daha sonra Gülnar Əsədli, Adilağa Qurbanov və Dilarə (Azəri) Məmmədova çıxış edərək bildirmişlər ki, mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirir.