Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlərimiz ən ali qürur mənbəyimizdir

18.07.2024

 Astara rayon Heydər Əliyev Mərkəzində Astara Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektoru, Astara rayon Mərkəzləşdirilmiş Kitabxanası, Astara rayon Dövlət Rəsm Qaleriyası əməkdaşlarının və  “Rəssamlıq” dərnəyi şagirdlərinin iştirakı ilə birinci Qarabağ Müharibəsi şəhidi Babayev Aqil Sultanəli  oğlunun  və 19 sentyabr 2023-cü ildə düşmən təxribatının qarşısını almaq məqsədilə həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan leytenant Babazadə Əli Rüstəm oğlu doğum günü ilə əlaqədar “Şəhidlərimiz ən ali qürur mənbəyimizdir”  mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, Allah şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun ki, torpağlarimız qaytarıldı, ərazi bütövlüyümüz bərpa olundu, və bayrağımız bu kimi oğulların qanı və qəhramanlığı sayəsində azad olunmuş ərazilərdə qürurla dalğalanır. Bu kimi qəhramanların sayəsində biz də bayrağımıza qururla baxırıq.

Azərbaycan əsgəri qorxmazdır, ölümün üzünə dik baxaraq düşmənin qarşısına çıxmağı bacaran əsgərdir. Təkcə Mübariz İbrahimovu xatırlatmaq kifayətdir ki, hər kəsdə Azərbaycan əsgəri haqqında təsəvvür yaransın. Şanlı Azərbaycan Ordusu bizim güvənc yerimiz, qürur mənbəyimiz, fəxrimizdir. Qarabağımızı azadlığa çıxaran qalib ordunun, qalib millətin dilində daim səslənəcək “Qarabağ Azərbaycandır!” 

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə  şəhidlərimizin həyatı və döyüş yolu haqqında məlumat  verib.

Daha sonra mövzu ilə bağlı və videoroliklər nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi şagirdlərinin əl işlərindən   və mərkəzin  fondunda, elektron kitabxanasında saxlanılan kitablardan  təşkil olunmuş sərgiyə baxış keçiriblər.