Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniyaya yox deyək!

19.07.2024

Cəlilabad rayon Mərkəzi Kitabxanasında "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024 cü illər üçün Dövlət proqramı” na əsasən “Narkomaniyaya yox deyək!” adlı müzakirə saatı keçirilib/

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib/

Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Zaur Hüseynov açaraq bildirib ki, bu gün bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır. Artıq “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Təəssüf ki, bu dünyanın bir üzvü kimi, Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir.

Yekunda Cəlilabad rayon Şəhid Agayev Mirlətif Mirislam oglu adına MMC Təbib tibb kursunun tələbələridə mövzu ilə bağlı fikirlərini ifadə ediblər.