Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəhrəmanlar unudulmur

30.07.2024

Masallı rayon Mərkəzi Kitabxanasında Milli Qərhəman, I Qarabağ müharibəsi şəhidi Aqil Məmmədovun doğum günü münasibətilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə ölkəmizin ərazi bütövlüyünün bərpası uğunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Lətafət Əlirzayeva bildirib ki, Birinci Qarabağ müharibəsinin üzərindən uzun müddət keçsə də, Vətənin müdafiəsində iştirak edib şəhidlik məqamına ucalan övladlarımızın xatirəsi unudulmur. O,vurğulayıb ki, Azərbaycanın belə igid oğullarından biri də Qubadlının mərd və ləyaqətli yetirməsi Aqil Məmmədov olmuşdur.

Sonra kitabxananın əməkdaşı Rəşad İsmayılov şəhid qəhrəmanımızın həyat və döyüş yolundan bəhs edən məruzə ilə çıxış edib. Qeyd olunub ki Aqil Məmmədov Qubadlı rayonunda orta məktəbi bitirdikdən sonar Rusiyada hərbi xidmətə yollansa da, doğma yurdunda baş verənlərə biganə qala bilməyib və qayıdaraq Qubadlı özünümüdafiə taboruna qoşulub. Qarabağın həmsərhəd kəndlərinin müdafiəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınıb. 1992-ci ilin avqustun 7-də Susuzdağ yüksəkliyi uğrunda gedən döyüşlərdən qayıdarkən minaya düşərək şəhid olub. Sonda tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, A. Məmmədov Vətənə təmənnasız xidməti və torpaqlarımızın müdafiəsində iştirakı ilə yaratdığı şəxsi nümunə ilə öz həmyaşıdları və gələcək gənc nəsillər üçün əsl vətənpərvərlik örnəyidir.