Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astara rayon Heydər Əliyev Mərkəzində “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

31.07.2024

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024 cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə əlaqədar 30 iyul Ümumdünya insan alverinə qarşı mübarizə günü il əlaqədar Astara rayon Heydər Əliyev Mərkəzində Astara Gənclər Evi Sosial Xidmət müəssisəsi, Astara Dövlət Rəsm Qaleriyası əməkdaşlarının və  rəssamlıq dərnəyi şagirdlərinin iştirakı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda  tədbir keçirilib

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, insan alveri qadınların və uşaqların hüquqlarının pozulmasına səbəb olur.

Sonra “İnsan alveri nədir” mövzusunda film nümayiş olunub.

Astara rayon Heydər Əliyev Mərkəzini baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirmişdir ki,  İnsan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırılmışdır.

Tədbirdə mövzu ətrafında  Astara Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva, Astara Gənclər Evi Sosial Xidmət müəssisəsinin fəal gəncləri Rüstəm Sərhənçov, Aygün Əliyeva, İsmayıl Məmmədov, Pərvin Məmmədova, Əli Əsədullayev cıxış edib.

Yekunda tədbir iştirakçıları mərkəzin elektron kitabxanasında  saxlanılan kitablar və rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmış keçiriblər.