Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ana dili hər bir xalqın milli kimliyidir

01.08.2024

Astara rayon Heydər Əliyev Mərkəzində, Astara rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana, Dövlət Rəsm Qaleriyası, Gənclər Evi Sosial Xidmət müəssisəsi əməkdaşlarının və rəssamlıq dərnəyi şagirdlərinin iştirakı ilə “Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalq­larının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azər­aycan əlifbasının bərpasını zəruri etdi. Hə­min vaxtdan müstəqil Azərbaycan Respubli­kasında tədricən latın qrafikalı milli əlifbamı­za keçid mərhələsi başlandı.

Sonra “1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” mövzusunda film nümayiş olunub.

Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirmişdir ki,  bu tarixi proses Ümummili Liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Ulu Öndər Heydər Əliyev latın qra­fikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nə­zərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbay­can dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbay­can Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin doğma dilimizə həs­saslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərləri la­tın qrafikasında yenidən nəşr edilmişdir.

Mövzu ətrafında Astara Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev, Astara rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Emil Baxşiyev, Astara Gənclər Evi Sosial Xidmət müəssisəsinin faəl gəncləri Rüstəm Sərhəncov və Pərvin Məmmədova çıxış edib.

Tədbir şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.

Yekunda tədbir iştirakçıları Mərkəzin elektron kitabxanasında saxlanılan kitablar və  dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmış keçiriblər