Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyev Ana dilimizi milli dəyər səviyyəsinə yüksəltdi

01.08.2024

əlilabad rayon Heydər Əliyev Mərkəzində Zərifə Əliyeva adına 7 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə “Ulu Öndər Heydər Əliyev Ana dilimizi milli dəyər səviyyəsinə yüksəltdi” mövzusunda tədbir keçirilib.

Tədbirdən öncə şagirdlərə Mərkəzin ekspozisiya zalında Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən bəhs edilib.

Tədbir zamanı mərkəzin direktoru bildirib ki, ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Çünki həmin tarix milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.

Sonda şagirdlərə “Heydər Əliyevin Ana dilimizə verdiyi qiymət” mövzusunda mühazirə oxunub.