06.08.2024
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "Göydən üç alma düşdü" adlı nağıl saatı keçirilib.
Nağıl saatında şəhər 3 saylı Körpələr evi-uşaq bağçasının tərbiyyəçi müəllimləri Nazlı Xanıyev,Səbinə Hacıyeva,Gülnarə Məmmədova və balaca fidanlar iştirak edib.
Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova körpələrə "Tülkü və kəklik", "Qoğal","Qurbağa" nağıllarını danışıb.
Yekunda nağılları dinləyib, danışan uşağa jurnal hədiyyə edilib.