Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlərimiz qəlbimizdə yaşayır

23.08.2024

Avqustun 23-də Astara rayon Heydər Əliyev Mərkəzində Astara Dövlət Rəsm Qaleriyası və Astara “Gənclər Evi” Sosial Xidmət müəssisəsi əməkdaşlarının iştirakı ilə I Qarabağ müharibəsi şəhidləri Fərziyev Cəmil Əhməd oğlu, Abbasov Abdülsalam Müzəffər oğlu, Qasımov Şıxəli Malik oğlu, Əsədov Ayaz Əbdül oğlu, Əliyev Əzizağa Əzim oğlu, Qurbanov Sarvan Qurban oğlu, Həsənov Eldəniz Ramiz oğlu, Həsənov Salman Yolçu oğlu, Babayev Ceyhun Xankişi oğlu, Şəkərov Xanlar Mirəli oğlu, Kərimov Natiq Məmməd oğlu, Məmmədov Rüfət İsaq oğlu, Əsədov Davud Mizəcan oğlu, Kəkəyev Ramin Mürsəl oğlunun doğum və anım günlərinə həsr olunmuş “Şəhidlərimiz qəlbimizdə yaşayır” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova geniş məruzə ilə cıxış edərək qeyd etmişdir ki, Allah şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun ki, torpağlarimız qaytarıldı, ərazi bütövlüyümüz bərpa olundu, və bayrağımız bu kimi oğulların qanı və qəhramanlığı sayəsində azad olunmuş ərazilərdə qürurla dalğalanır... Bu kimi qəhramanların sayəsində biz də bayrağımıza qururla baxırıq...

Azərbaycan əsgəri qorxmazdır, ölümün üzünə dik baxaraq düşmənin qarşısına çıxmağı bacaran əsgərdir. Təkcə Mübariz İbrahimovu xatırlatmaq kifayətdir ki, hər kəsdə Azərbaycan əsgəri haqqında təsəvvür yaransın. Şanlı Azərbaycan Ordusu bizim güvənc yerimiz, qürur mənbəyimiz, fəxrimizdir. Qarabağımızı azadlığa çıxaran qalib ordunun, qalib millətin dilində daim səslənəcək “Qarabağ Azərbaycandır!”

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə şəhidlərimizin həyatı və hərbi xidmətləri haqqında məlumat verib və fotoşəkillər nümayiş olunub.

Daha sonra mövzu ətrafında II Qarabağ müharibəsi şəhidi Feyziyev Əli Malik oğlunun anası Rəfayət Feyziyeva, Astara Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva, Astara “Gənclər Evi” Sosial Xidmət müəssisəsinin fəal gənci Əli Məmmədov cıxış edib.

Tədbir şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam etdib.

Sonda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgilə tanış olublar.