18.10.2024
Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Milli Müstəqilliyin bərpası günü ilə əlaqədar tematik gecə keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.Sonra tədbir iştirakçılarına mərkəzin media qrupunun hazırladığı “Müstəqillik yollarında” adlı videoçarx təqdim olunub.
Daha sonra Mərkəzin direktoru Anar Kəkəyev Müstəqillik tariximizin müxtəlif məqamları haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Yekunda “Babalar” xor kollektivinin və Mamusta Mədəniyyət Evinin, M.Kələntərli adına şəhər klubunun bədii qiraətçilərinin ifasında maraqlı və rəngarəng şeir, mahnı nümunələri təqdim olunub.