Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nəbi Xəzri – 100

23.10.2024

Oktyabrın 23-də Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli şair Nəbi Xəzrinin anadan olmasının 100 illiyi ilə əlaqədar “Nəbi Xəzri – 100” adlı tədbir keçrilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri uşaqlıq illərindən şeirlər yazmış, “Günəş” adlı ilk şeirini 16 yaşında qələmə almışdır. Bu şeir onun yaradıcılıq yoluna işıq salmış, 1945-ci ildə Yazıçılar İttifaqına üzv yazılıb.

Sonra tədbirdə çıxış edən kitabxananın digər əməkdaşı Arzu Hüseynova məruzəsində vurğulayıb ki, onun “Çiçəklənən arzular” adlı ilk şeirlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində və digər nüfuzlu ali təhsil ocaqlarında oxuyub. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri Azərbaycan Yazıçılar İttifaqında və bir çox məsul vəzifələrdə çalışıb. Qeyd olunub ki, Nəbi Xəzri yaradıcılığı müasir poeziyanın parlaq səhifələrini təşkil edib. O, “İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Torpaq, sənə and içirəm”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” və başqa kitabların müəllifidir. Onun əsərləri Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olunub. Nəbi Xəzri bir sıra orden və medallara, o, cümlədən “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.