Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alveri-Ümumbəşəri bəla

21.10.2024

Masallı Dövlət Regional Kollecində “İnsan alveri-Ümumbəşəri bəla” mövzusunda maarifləndirici tədbir keçirilib

Tədbir Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı rayon Tarix-diyarşünaslıq muzeyi və Masallı Dövlət Regional Kollecin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dİlbər İbayeva çıxış edərək insan alveri və onun son zamanlar böyük bir problemə çevrilməsindən, insan alveri qurbanlarının əsasən qadın və qızların olmasından danışıb.

Daha sonra Masallı Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva "İnsan alveri zamanı istismarın formaları", "Əməyin istismarı", kimi mövzular ətrafında çıxış edib.

Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar keçirilib.