26.10.2024
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində şəhid Həbibi Şəhriyar Vidadi oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər rəsmiləri, AYB Lənkəran Bölməsinin sədri yazıçı-publisist Qafar Cəfərli, şəhidin təhsil aldığı BDU-nun humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, fizika kafedrasının dossenti Zahir Səmədov, professor Tərlan Hüseynov, Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov, tələbə yoldaşları, təhsil aldığı Osakücə kənd İ.Hüseynov adına tam orta məktəbin müəllim və şagird kollektivi,
şəhid ailələrinin üzvləri, müharibə əlilləri,
və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Şəhidin şəxsi əşyalarından və fotolarından ibarət sərgi ilə tanış olublar. Sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova tədbiri giriş sözü ilə açaraq bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, heç vaxt unudulmayacaq və gələcək nəsillərə bir örnək olacaq.
Sonra Şəhid Şəhriyar Həbibinin mənalı ömür yolu haqqında "Son ümüdüm" adlı qısametrajlı film nümayiş edilib.
Tədbirdə şəhid Şəhriyar Həbibinin xatirəsinə həsr olunan, sözləri Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovaya, musiqisi bəstəkar-musiqişünas Zəminə Taryelqızına aid olan "Mən sənsiz dünyanı neynirəm axı" adlı mahnı səsləndirilib.
Çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyərək, bütün şəhidlərə allahdan rəhmət diləyiblət
Yekunda şəhid Şəhriyar Həbibinin anası Təranə xanım şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.