31.10.2024
Oktyabrın 31-də Astara Tarix–Diyarşünaslıq Muzeyində Azərbaycan şairi, dramaturq, publisist Nəbi Xəzrinin 100 illiyi ilə əlaqədar “Nəbi Xəzri duyğularının bənzərsizliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Fərman Əliyarov adına şəhər 6 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqləlik sükutla yad edilib.
Muzeyin kiçik elmi-işçisi Çiçək Axundova məruzə edərək bildirib ki, insan o vaxt xatırlanır ki, özündən sonra bir iz qoyub gedir. Nəbi Xəzri Azərbaycan ədəbiyyatında yüz illərlə yaşayacaq iz qoyub gedib. Fəlsəfi məzmunlu əsərləri ilə ədəbi aləmimizə özünəməxsus bir gözəllik bəxş edib. Lirika onun yaradıcılığının məzmunu, poetik “məni”və mürəkkəb təlatümlü bir aləmidir. Onun lirikasının məhəbbətsiz təsəvvür etmək olmur. Çün ki, şairin tərənnüm etdiyi insan, hər şeydən əvvəl sevən insandır. Yəni bu sevgi vətən məhəbbətinə, təbiət vurğunluğuna, ümumən hümanizim ideyalarına söykənən, çevrilən hisslərdir. O, təbiəti təsvirdə çox həssas və bənzərsizdir. O, daha çox təbiətin, təbiət gözəlliklərinin dili ilə danışır. Bu da onu göstərir ki, şair üçün böyük-kiçik həyat hadisələri yoxdur.
Sonra məruzə ətrafında çıxışlar olub və şagirdlərin ifasında şairin şerləri səsləndirilib.