24.10.2024
Oktyabrın 24-də Masallı Tarix- Diyarşünaslıq Muzeyi , Masallı Mərkəzi Kitabxanası və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Sağlam gələcəyə atılan yaşıl körpü” mövzusunda tədbir keçirilib.
COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar muzeydə keçirilən tədbirdə mədəniyyət nümayəndələri iştirak edib.
İlk olaraq Ulu öndər Heydər Əliyevin və vətənin azadlığı , bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi hörmətlə yad edilib.
Çıxış edənlər bildiriblər ki, ölkəmizdə ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, yaşıllıqların bərpası, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli və uğura aparan qələbəsidir.