08.11.2024
Noyabrın 8-də səhər saatlarında Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Lənkəran şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin çoxsaylı nümayəndələri Şəhidlər Xatirə Abidə-Kompleksini ziyarət edib, abidənin üzərinə tər çiçəklər düzüblər.