Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ailə milli varlığımızı və mənəvi dəyərləri qoruyan təsisatdır

19.11.2024

Noyabrın 19-da Masallı rayon Mərkəzi Kitabxanasında “Ailə milli varlığımızı və mənəvi dəyərləri qoruyan təsisatdır” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov Azərbaycanın tarixən çox gözəl və zəngin ailə ənənələri olduğundan söz açaraq, həmin ənənələrin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. Ailə siyasətinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğuna toxunan Rasif Dadaşov vurğulayıb ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır.

Sonra kitabxananın digər əməkdaşı Günay Xəlilova çıxışında milli-mənəvi dəyərlərin, eləcə də ailə dəyərlərinin hər bir millətin, xalqın mövcudluğu, özünütəsdiqi və inkişafındakı rolu barədə tədbir iştirakçılarına geniş məlumat verib. O, gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasının gələcək sağlam ailələrin formalaşmasında mühüm rolundan bəhs edib. Günay Xəlilova ailə institutuna yad olan təsirlərin aradan qaldırılmasında birbaşa cəmiyyətin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.