Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nəbi Xəzri poeziyasının sehrində

09.12.2024

Dekabrın 9-da Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi Nəbi Xəzrinin anadan olmasının 100 illiyi münasibətilə “Nəbi Xəzri poeziyasının sehrində” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri çoxşaxəli yaradıcılığı sayəsində sağlığında böyük şöhrət qazanmışdır.O, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi fəaliyyət göstərərək ədəbiyyatın inkişafına böyük təkan vermişdir.

Sonra məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Arzu Hüseynova vurğulayıb ki, Nəbi Xəzri 1940-cı illərdə poeziya sahəsində ilk addımlarını atıb. ”Söz”, “Kuzə”, “Yaylıq”, “Nədənsə insana belə gəlir ki”, “Xatirələr” və s. şeirləri məhz bu dövrə təsadüf edir.

Qeyd olunub ki, Nəbi Xəzrinin 1950-1960-cı illərdə qələmə aldığı “Çiçəklənən arzular”, “Sülh əsgəri”, “Bakının səhəri”, “Kim məni xatırlasa”, “Şeirlər və poemalar”, “Dəniz, göy və məhəbbət” və d. əsərləri bir daha şairin misilsiz poetik istedada malik olduğunu qabarıq şəkildə nümayiş etdirmişdir.Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Nəbi Xəzrinin əlvan,çeşidli poeziyası zəngin xalq dilindən qaynaqlanıb. Onun bədii mətnlərindəki heca vəzni, ahəng və intonasiyası xalq şeirindən, xalq yaradıcılığından, folklorundan qüvvət alıb.