09.12.2024
Dekabrın 9-da Masallı rayon Mərkəzi Kitabxanasında “Korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən biridir” adlı tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rəşad İsmayılov bildirib ki, iqtisadi inkişafa böyük əngəl yaradan,bir çox ölkələrdə sosial təlatümlərə yol açan korrupsiya ilə mübarizə dünya dövlətlərinin qarşısında duran əsas vəzifələrdən biridir.Azərbaycan Respublikasının siyasi rəhbərliyi tərəfindən korrupsiyaya qarşı mübarizə istiqamətində irimiqyaslı və kompleks tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi əsasında aparılan mübarizə tədbirləri xalq tərəfindən böyük etimadla qarşılanır.
Sonra kitabxananın əməkdaşı Gülər Piriyeva məruzəsində vurğulayıb ki, dövlət başçısı tərəfindən 22 iyun 2009-cu il tarixdə “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquq pozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanın imzalanması bu qəbildən olan cinayətlərə qarşı mübarizənin yeni keyfiyyət səviyyəsinə qaldırılması ilə nəticələnmişdir.
Qeyd olunub ki, Fərmanın icrası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi korrupsiyaya qarşı mübarizədə bütün mexanizmlərdən istifadə edərək yarandığı gündən üzərinə düşən vəzifələri yerinə yetirmişdir.Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki,dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün son vaxtlarda həyata keçirilmiş qanunvericilik və praktiki tədbirlər nəticəsində korrupsiyanın ölkəmizdə minimum səviyyə həddinə qədər azaldılmasına nail olunmuşdur.