Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dahi şəxsiyyət

05.12.2024

Dekabrın 5-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Astara rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə A.Hüseynov adına Suparibağ kənd tam orta məktəbində tarix dərsi keçirilib.

Tarix dərsində məktəbin müəllimləri və VII-IX sinif şagirdləri iştirak edib.

Tarix dərsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tarix dərsində Astara rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova cıxış edərək qeyd etmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı.

Tarix dərsi şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam etdirilib.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.