Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Zərərdən uzaq sağlam gələcəyə doğru” adlı maarifləndirici tədbir keçirilib

13.01.2025

Yanvarın 13-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində Uşaqların zərərli informasiyalardan qorunması məqsədilə “Zərərdən uzaq sağlam gələcəyə doğru” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayonun müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva Uşaqların internetdən düzgün istifadəsinə nəzarət olunmasının vacibliyini qeyd edərək bildirdi ki, internet uşaqların məlumat əldə etmək, araşdırmaq və tənqidi düşüncə kimi fərdi inkişafını dəstəkləyən böyük texnoloji resurs kimi qəbul edilsə də, zərərli tərəfləri də mövcuddur. Belə ki, Uşaqların internet təhlükəsizliyinin təmin olunmasında atılacaq önəmli addımlardan əsas bu mövzunun nə qədər vacib olduğunu və onların zərərli kontentdən yayınmalarının düzgün şəkildə izah edərək tövsiyələr verdi.

Qeyd edək ki, tədbir “Uşaqların dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı “ nın icrasına uyğun olaraq keçirilib.