15.01.2025
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstutusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar Yanvarın 15-də Astara rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində tədbir keçirilib.
Tədbirdə məktəbin müəllimləri və VIII-IX-X sinif şagirdləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Ötən dövrdə olduğu kimi, cari il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacaq.
Sonra “2025-ci il Konstutusiya və Suverenlik ili”dir mövzusunda film nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.