Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixin Qan yaddaşı

15.01.2025

Yanvarın 15-də Astara rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun yaxın qohumları, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri içtimai birliyinin Astara rayonu üzrə filialının əməkdaşları, Astara şəhər M.Ə.Sabir adına 1 saylı, Y.Nəsirov adına Sərək kənd, F.Qasımov adına Ərçivan qəsəbə 1 saylı, S.Kələntərov adına Ərçivan qəsəbə 1 saylı tam orta məktəblərinin muəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, 20 Yanvar faciəsindən 35 il ötür. 1990 – cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.

Sonra “20 yanvar faciəsi ” mövzusunda film nümayiş olunub.

Daha sonra rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Yekunda tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun Qəhrəmanlar parkında büstünü ziyarət ediblər.