Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

17 Yanvar-Ümumdünya Uşaq İxtirası Günü

15.01.2025

Yanvarın 15-də Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "17 Yanvar-Ümumdünya Uşaq İxtirası Günü" ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Astara şəhər 1 və 2 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova və kitabxananın əməkdaşı Aysel Əhmədova mövzu ilə bağlı məruzə edərək tədbir iştirakçılarına məlumat veriblər.

Sonda şagirdlər "Addım sayın ölçən","Elektrik enerjisin əl generatoru ilə almaq","Naqilsiz radio dalğası yaratmaq" və digər ixtiraları haqqında əyani məlumatlar veriblər.