14.01.2025
Yanvarın 14-də gənc hüquqşünaslar üçün təşkil edilən “Lex Camp” - qış düşərgəsinin iştirakçıları Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə və Lənkəran Taqrix-Diyarşünaslıq Muzeyinə ekskursiya edibər.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən “Lex Camp” - qış düşərgəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, “ADA” Universiteti, Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin dəstəyi ilə keçirilir. Bakı və Lənkəran şəhərlərində 14-18 yanvar tarixlərində gənc hüquqşünaslar üçün təşkil ediləcək “Lex Camp” - qış düşərgəsi “Mülkiyyət hüququ: Müdafiə və məsuliyyət aspektləri” mövzusunu əhatə edəcək.