15.01.2025
Yanvarın 15-də Lerik Rayon Heydər Əliyev Mərkəzində M.Bağışov adına şəhər 3 saylı tam orta məktəbinin X sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tarix dərsi keçirilib.
İlk öncə 20 Yanvar faciasi qurbanlarının əziz xatirəsi ehtramla yad olunub.
"20 Yanvar - insanlıq əleyhinə cinayət" mövzusunda keçirilən dərsdə Mərkəzin əməkdaşı Nəzri Səmədzadə çıxış edərək, Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət zamanı 131 nəfər mülki şəxsin, o cümlədən uşaqların, qadınların və yaşlıların amansızcasına öldürüldüyünü, paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insanın yaralandığını, 841 nəfərin qanunsuz olaraq həbs edildiyini qeyd edib.
Daha sonra şagirdlərin diqqətinə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin cəsarətı və siyası iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır.
Yekunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.