Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidliklə ucalanlar

18.01.2025

Yanvarın 18-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunmuş, "Şəhidliklə ucalanlar" adlı tədbir keçirilib.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə böyük mühasibi Elnur Atakişiyev, şəhid Rəşad Abdullayev adına 2 saylı tam orta məktəbin şagirdləri və kitabxananın əməkdaşları iştirak ediblər.

Tədbirdə natiqlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və digər bölgələrdə törədilmiş vəhşilik haqqında və Azərbaycan xalqının məğrurluğundan və şəhidlərin qəhramanlığından danışıblar.

Tədbir şagirdlərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlərin səsləndirilməsi və səhnəciklərin təqdim olunması ilə davam edib.